Ekonomiks 10:05 14.06.2014

“Facebook”da daha bir yenilik

“Facebook”a videomesaj funksiyası əlavə olunub

“Facebook” sosial şəbəkə şirkəti “Facebook Messenger” adlı əlavəsini iOS və Android platformalı cihazlar üçün inkişaf etdirib.

ANS PRESS-in məlumatına görə, əlavənin yenilənmiş versiyasında istifadəçilər öz aralarında 15 saniyəlik videolar çəkib göndərə bilərlər.

6.0 versiyasında istifadəçilərin bir-birlərinə şəkil, fayl göndərmək və zəngləşmək kimi funksiyaları, eləcə də “big likes” (çox bəyəndim) funksiyası əlavə edilib. 

“Facebook Messenger”i “Apple Store” və “Google Play”dən yeniləmək mümkündür.//anspress