Xəbər lenti

Faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq - ABŞ səfirliyi
Ölkə 13:15 25.12.2024

Faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq - ABŞ səfirliyi

ABŞ-nin Azərbaycandakı səfirliyi Qazaxıstanda baş verən təyyarı qıəzası ilə bağlı başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"ABŞ səfirliyi bu gün Qazaxıstanda baş verən hava qəzasının qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq".

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->