Sənət 10:11 27.04.2019

Murad Dadaşov və Faiq Ağayevə vəzifə verildi (YENİLƏNİB)

Xalq artistləri Murad DadaşovFaiq Ağayev ATV kanalında yaradılan Bədii Şuranın üzvü seçiliblər.

Qaynarinfo xəbər verir ki, ötən gün ATV-nin Bədii Şurasının ilk iclası da keçirilib. İclasda əsaslı fikir mübadiləsi olub, yaranmış problemlərin həll yolları müzakirə edilib, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səslənib.

"Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”, - deyə Faiq Ağayev bildirib.