Xəbər lenti

“Fatih Terim söz verdisə, edər” – Azərbaycanlı jurnalist imperatoru Bakıya dəvət etdi  (VİDEO)
Video 16:23 17.09.2020

“Fatih Terim söz verdisə, edər” – Azərbaycanlı jurnalist imperatoru Bakıya dəvət etdi (VİDEO)

Ötən gün "Neftçi” FK ilə qarşılaşacağı oyun üçün Bakıya gələn Türkiyənin "Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim mətbuat konfransında jurnalistlərin sualını cavablanıdırıb.

Qaynarinfo xəbər verir ki, mətbuat konfransında ən yadda qalan məqamlardan biri də ARB telekanalının idman aparıcısı Azər İsmayılın imperator ləqəbli baş məşqçidən yenidən Azərbaycana gələcəkləri ilə bağlı söz alması olub.

Azər İsmayıl (aparıcı): "Qalatasaray”ın Türkiyədən sonra ən çox sevildiyi ölkə Azərbaycandır və kifayət qədər azarkeş ordusu var. Ancaq buna baxmayaraq azarkeşlərlə görüş olmayacaq. "Fatih hoca söz verdikdə, olur” deyimini nəzərə alaraq pandemiya dövründən sonra bir görüş sözü verə bilərsinizmi? Məsələn bir yoldaşlıq görüşü.

Fatih Terim ("Qalatasaray”ın baş məşqçisi): "Mən "Qalatasaray”ın hər yerdə sevildiyini bilirəm. Amma onu da bilirəm ki, burda bir başqa sevilir. Hətda çox anormal bir münasibət görürəm. Yetər ki, bu pandemiya dövrü bitsin. Ancaq elə bir yerdən dediniz ki, "Fatih Terim söz versə, edər”, yaxşı, söz verirəm. Yazdıq beynimizin bir tərəfinə”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->