Maqazin 22:35 11.09.2021

Fədayə Laçın hər kəsi gözyaşına boğdu: "Ürəyim göynəyir"

Tanınmış müğənni Fədayə Laçın "Instaqram" səhifəsində kövrək paylaşım edib.

Qaynarinfo bildirir ki, sənətçinin qeydləri onu sevənləri gözyaşına boğub.

Müğənni çox üzgün olduğunu bildirib:

"İstədim bu halımı da görün. Kimsənin qanını qaraltmaq istəmirəm. Hər şey yaxşıdır. Əzizlərim üçün ürəyim göynəyir. İlahə, görün bacınız sizdən ayrı, qəriblikdə nə haldadır. Çox üzgün olduğum üzümdən bəlli deyilmi? Anamı, özünüzü qoruyun. Bu ayrılıqlar bitməz..."

Xəyal