Sənət 21:00 14.08.2021

Fehruz Şamıyev beynəlxalq festivalın jüri üzvü seçildi

Türkiyədə keçirilən Diaspora Beynəlxalq Qısa Filmlər Festivalının münsiflər heyətində həmyerlimiz Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser, rejissor Fehruz Şamıyev də təmsil olunur. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala 2000-dən çox film təqdim olunub. 

Təşkilat komitəsi xarici dildə və türk dilində olan filmlər proqramında müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edəcək. 

27,28, 29 avqust tarixlərində keçiriləcək festival pandemiya qaydaları nəzərə alınmaqla real formatda keçiriləcək.