Foto 15:37 06.06.2020

Feminizmin dəhşətli səhvi (FOTO/VİDEO)

XIX əsrin birinci yarısı olduqca əyləncəli bir dövr idi. Romantizm sürətlə çiçəklənirdi: illər sonra Nitşe bu fenomeni "əsrin əvvəllərinin dəliliyi" kimi təsvir edəcəkdi. Romantik sənətkarlar bədnam klassikçi "nümunəvilik”lərdən sıxılır və bəzən heç bir sərhəd tanımadan əyləncəli nəsə etmək istəyirdilər. Bu "nümunəvilik" ictimaiyyəti də yormuşdu, xüsusən bu vaxta qədər artıq mülayimlik və harmoniya prinsipinə çevrilməmiş, sadəcə istedadsızlığı ört-basdır etmək üçün bir yol olmuşdu.

Dünyada böyük dəyişikliklər baş verdi. Böyük coğrafi kəşflər dövrü başa çatdı. Böyük Britaniyanın Amerika koloniyaları ağır savaş apararaq müstəqilliklərini müdafiə etdilər, ABŞ-ı yaratdılar və yavaş-yavaş həyatlarını qurmağa başladılar. Napoleon Fransada taxta çıxdı və Fransız İnqilabının simaları tərəfindən təşkil edilən qanlı sərxoşluqdan sonra qayda-qanun yaratmağa başladı.

Ağ adam mümkün olanların hamısını qazandı, mümkün olan bütün tarixlərin içindən keçmiş və nəhayət köhnə imperiya ehtirasınından tamamilə qurtulmamasına baxmayaraq, özünü bir az dərk etməyə başlamışdı. Hərbiçilər hələ də çoxluq təşkil edirdi, amma buna baxmayaraq, təsviri sənət və ədəbiyyatı əsas peşəsi hesab edənlər görünməyə başladılar. Əlbəttə, onlar əvvəllər də vardı, amma indi demək olar ki, onlara ikrahla yanaşmaqdan imtina olunmuşdu.

Ancaq ağ adam hələ də öz yükünü öz üzərinə götürməkdən, üstəlik də belə bir yükün olmadığını başa düşməkdən çox uzaq idi. Bununla belə, artıq başqa irqə mənsub olan adamları maariflənmiş sinif, nəhayət, heyvan saymqdan imtina etdi. Sonra Dikkens peyda oldu və ağ adam alçaldılıb təhqir olunduğundan xəbər tutaraq xeyli təəccübləndi: yetimlər, yoxsullar, tələbələr və özlərini yaradıcılığa həsr edən gənclər... 

Ancaq bundan bir qədər əvvəl daha vacib bir şey baş verdi: xanım Ceyn Ostin anadan olub yazıçı kimi formalaşdı. O, çox gözlənilmədən və kobud şəkildə maarifləndirilmiş dairələrin diqqətini qadınların problemlərinə, eyni zamanda qadının sentimental romanlarda olduğu kimi yelbeyin, əsəbləri zəif axmaq kukla olmadığına yönəltdi. Bundan sonra qadınların səsi hələ ki, evdən və salonlardan olsa da gəlməyə başladı.

Fiziki güc danışmaq hüququnun vacib şərti olaraq arxa plana keçdi və zəka, yaradıcılıq istedadı ön plana çıxdı, bu vəziyyətdə hətta bəzi qadınlar heç də kişilərdən geri qalmadıqlarını göstərdilər.

Əlbəttə ki, bir qadına yaradıcılıqla məşğul olmaq üçün əksər hallarda yalnız anasının qanadı altında və yalnız bir növ əsgər, torpaq sahibi və ya aristokratla evlənənə qədər (yəni ata sərfəli bir tərəf tapana kimi) icazə verildi. Toydan sonra qadın, bir qayda olaraq, "bütün bu cəfəngiyatları” çıxarıb başından atdı, ev işlərinə, uşaq dünyaya gətirməyə başladı və doğuş zamanı ölməsiylə barışmalı oldu. Lakin artıq prosesi dayandırmaq mümkün deyildi: Meri Şelli və Bronte bacıları bunu inandırıcı şəkildə sübut etdilər.

Qlobal tendensiyalar gözlənilmədən Rusiya İmperiyasına da təsir göstərdiyindən (Napoleon müharibələri bunun son səbəbi deyildi), böyük bir qadın yazıçının ortaya çıxması zaman məsələsi oldu.

*

Bu, indilər az tanınan, ancaq öz zamanlar çox məşhur olan rus yazıçısı Mariya Semyonova Jukova o zaman uzaq bir vilayət sayılan Nijni Novqorod vilayətində anadan olmuşdu. Onun doğum tarixi dəqiq bilinmir (yalnız ehtimallar var): ya da heç kim kiçik bir vəkilin qızının hansı ildə doğulduğu ilə maraqlanmadı; ya da o dövrün bir çox xanımları kimi bilərəkdən yaşını gizlətmişdi. Qız erkən ərə getdi (kiçik bir Nijni Novqorod hüquqşünasına), ondan bir övlad dünyaya gətirdi, lakin on ildən sonra boşanıb paytaxta getdi.

Onun 1838-ci ildə çıxan ilk kitabını Belinski belə yüksək qiymətləndirmişdi.

Müasir feministlərdən bu gün Mariya Semenovna Jukovanın, eləcə də ingilis qadın çağdaşlarının adını çətin eşidəsiniztmək.

Birincisi, çox güman ki, feministlərin başı öz hərəkat nəzəriyyəsi və gender münasibətlərini araşdıran müasir yazarlara qarışıb. İkincisi, bu xanımların işləriylə tanış olsalar da, çox güman ki, onları sevmirlər.

Kənardan göründüyü kimi, üçüncü dalğanın feministlərinin nöqteyi-nəzərindən əsas boğazdan çıxan səs deyil, boğazın özüdür, yəni əsas nə dediyin deyil, qışqırmaqdır. Jukova və Emiliya Bronte, Corc Sand kimi şalvar geyinmir və feminist hərəkatın nümayəndələri tarixlərini izləyən Klara Setkin və digər suffrajistlər kimi (Sufrajistlər (fransızca suffrage sözündən suffragettes, seçki hüququ) qadınlara seçki hüququ verilməsi hərəkatının iştirakçılarıdır. Suffajistlər eyni zamanda, ümumiyyətlə, siyasi və iqtisadi həyatda qadınlara ayrı-seçkiliyə qarşı çıxırdılar. Radikal hərəkətlərdən istifadə edərək mübarizə aparmağı mümkün hesab edirdilər. – tərc.) nümayişlər təşkil etmirdilər.

Feministlərin dəhşətli səhvi də elə budur: 19-cu əsrin əvvəllərində yazıb-yaratmış qadınlara minnətdar olmaq əvəzinə, əgər o yazıçıları tanıyırlarsa da, onları qeyri-təbiilik və sadə olmadıqlarına, eləcə də onlara yumruqla hücum edənlərə yumruqla cavab vermədiklərinə görə qınayır, beləliklə qadınların qadınlara bəxş etdiyi səs hüququnu pisliklər üçün və boş yerə istifadə edirlər.

Mənbə: Blogogo.net