Türkiyə futbolunu və "Fənərbağça” klubunun əfsanəvi futbolçusu Can Bartu vəfat edib.
Qaynarinfo xəbər verir ki, "Sinyor” ləqəbli keçmiş futbolçu 83 yaşında həyata gözlərini yumub.
Qeyd edək ki, karyerasına basketbolla başlayan Can Bartu 6 dəfəf Türkiyə millisində çıxış edib. Daha sonra futbola keçən "Sinyor” "Fənərbağça”, "Fiorentina”, "Venesiya”, "Latsio” kimi klublarda 430 oyunda 176 qola imza atıb.
Futbolçu karyerası bitdikdən sonra isə idman yazarı işləyib.
"Fənərbağça” 2009-cu ildə Samandıra Kamp Mərkəzinə Can Bartunun adını verib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər