Türkiyə "Fənərbağça"sı komanda üzvlərinin koronavirus testlərinin nəticələrini açıqlayıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən götürülən analizlərdən sonra 2 nəfərin infeksiyaya yoluxduğu aşkarlanıb.
Bunlardan biri futbolçu, digəri isə klubun əməkdaşıdır. Test nəticəsi müsbət çıxan şəxslərin adları açıqlanmayıb və onlar karantinə alınıblar.
Şərhlər