Xəbər lenti

Ekonomiks 17:46 13.09.2023

Fərhad Əhmədovun 150 milyonluq şirkəti məhkəmə qarşısında

Azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus Teymur Əhmədov adına "Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimələnə bilər. 

Qaynarinfo xəbər verir ki, "Aznar” QSC xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamaqda ittiham olunur. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub. 

İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 

483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur. 

"Aznar” QSC 9 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 149 987 312 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Asif Kamal oğludur. Asif Əhmədovun Fərhad Əhmədovun yaxın qohumudur.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->