Ekonomiks 14:45 23.09.2020

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu işdən çıxarıb.

Qaynarinfo unikal.org-a istinadla xəbər verir ki, F.Əliyev yağ zavodunun direktoru Elşad Abasovu tutduğu vəzifədən azad edib. 

Qeyd edək ki, E.Abasov F.Əliyev İqtisadi İnkişaf naziri olarkən onun köməkçisi olub. Nazirlə birlikdə o da həbs olunmuşdu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bibisi  qızının həyat yoldaşıdır.