Ölkə 11:22 27.01.2021

Fərman İsmayılovun nəşi Bakıya gətirildi (YENİLƏNİB)

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib.

Qaynarinfo xəbər verir ki, mərhumun cənazəsini gətirən Türkiyə Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
 
 ***09:56

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

Report xəbər verir ki, bu barədə məlumatı "Anadolu” yayıb.

Cənazə yerli vaxtla 07:30-da İstanbuldan Bakıya göndərilib.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.
 
 ***09:47

Dəniz quldurlarının qətlə yetirdiyi  Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi İstanbuldan Azərbaycana göndərilib.

Qaynarinfo xəbər verir ki, bu haqda "Haber Global” məlumat yayıb. Xəbərə görə, Qvineya körfəzində yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən basqın edilib. Hadisə nəticəsində F. İsmayılov öldürülüb. F. İsmayılovun cənazəsi ötən gün İstanbula, bu gün səhər saatlarında isə Bakıya gətirilib.