Fransız fermer öz torpağında dəyəri 3,5 milyard avrodan çox olan qızıl külçələri aşkar edib, lakin onun bu xəzinəyə heç bir iddiası yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb.
Qəzetin yazdığına görə, gözlənilməz kəşf Fransanın cənubundakı Auvergne bölgəsində edilib. 52 yaşlı fermer Mişel Düpo gəzinti zamanı xəzinəni aşkra edib. fermer torpağından keçən çayın suyunda qızıl külçələrin parıldadığını görüb və sonra oranı qazmağa başlayıb. Nəticədə təxminən 150 ton qızıl külçə aşkar edib.
Regional səlahiyyətlilər Mişelin tapıntıdan istifadə etməsinin qarşısını almaq üçün cəld müdaxilə edib və onu payından məhrum edib. Fermer bu kəşfdən sonra həyatının dəyişdiyini bildirib. Onun fikrincə, bu, insanları qismət ümidi ilə yaxınlıqdakı torpaqları almağa məcbur edir, lakin onun artıq öz yerində qazıntı aparmağa haqqı yoxdur.
Mişelin yaşadığı kənd sakinlərinin onun kəşfi ilə bağlı fikirləri bölünür. Bəziləri qızıl dalınca yad adamların sakit həyatlarını zəbt etməsinə qarşıdır, bəziləri isə bunun yerli iqtisadiyyata kömək edəcəyinə inanır. Bu arada, ekoloji fəallar ərazidə genişmiqyaslı mədən əməliyyatlarının potensial təsirlərindən narahatdırlar.
Aydın
Şərhlər