Xəbər lenti

Feysbuk istifadəçiləri Təhlükədə
Texnologiya 21:20 28.11.2017

Feysbuk istifadəçiləri Təhlükədə

2 milyarddan çox istifadəçisi ilə dünyanın ən böyük sosial şəbəkəsi olan feysbuk istifadəçilərinin təhlükəsizliyi sual altındadır.

Publika.az xəbər verir ki, bu təhlükə İranlı proqram mütəxəssisi tərəfindən aşkarlanıb.

İranlı proqramçı Puya Darabinin aşkarladığı bu təhlükə insanların xəbərləri olmadan şəkillərinin silinməsinə səbəb olurdu.

Belə ki, feysbuka qoşulmaq istəyən şəxsin anket sorğusu doldurarkən şirkətə göndərdiyi vizual şəxsiyyət vəsiqəsi və ya gif ilə sosial şəbəkədəki hər hansı şəklin vizual şəxsiyyət vəsiqəsini dəyişdirə bildiyi məlum olub. Yəni istifadəçi anketdə vizual vəsiqəni siləndə eyni görüntüyə malik başqa birinin də hesabındakı şəkilləri silə bilir.

P.Darabi bu problem aşkarlayıb feysbuka bildirdiyinə görə 10 000 dollar mükafat qazanıb.

Qeyd edək ki, o, bundan əvvəl də sosial şəbəkədə aşkarladığı digər səhvlərə görə 15 000 və 7500 dollar mükafat qazanmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->