Xəbər lenti

Feysbukda yeni funksiya aşkarlandı
Texnologiya 23:50 22.08.2018

Feysbukda yeni funksiya aşkarlandı

Bir neçə müddət bundan öncə istifadəçi məlumatlarının sızdırılması ilə bağlı qalmaqal ilə qarşılaşmış Feysbuk şirkəti özünün istehsalı ağıllı səsgücləndiricisinin təqdimatını təxirə salmalı oldu. Səsgücləndiricinin təqdimatına kimi isə tərtibatçılar şirkətin mobil tətbiqindəki səsin təyin olunması texnologiyasını test etməyi qərarlaşdırıblar.

Qaynarinfo Technote-yə istinadən xəbər verir ki, Ceyn Mançun Vong adlı tərtibatçı Feysbuk və Messencer tətbiqlərinin "Android” versiyalarında "Aloha kod” adlı yeni funksiya aşkar edib.

Həmin funksiya istifadəçinin səsini təyin edərək onun dediklərini mətn formatına çevirir.

Yeni funksiya "Wi-Fi” və ya "Bluetooth” vasitəsilə "Portal” adlı cihaza qoşulur. "Portal” cihazı Feysbuk şirkətinin hazırladığı ağıllı səsgücləndiricinin daha təkmilləşdirilmiş versiyasıdır və o, böyük ekran ilə istifadəçi üzünün skan texnologiyasına sahib olacaq.

Layihənin necə inkişaf edəcəyi hələki bilinmir. Lakin Feysbukun öz ağıllı səsgücləndiricisini istehsal etməsi üçün öncə özünün səsli köməkçisini yaratmalıdır. Həmin səsli köməkçi isə istifadəçini başa düşməkdən əlavə, onun suallarına cavab verməyi bacarmalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->