Video 14:54 13.08.2020

FHN əməkdaşları avtomobili sıxılı vəziyyətdə qalmış şəxsi belə xilas etdi (VİDEO)

Siyəzən rayonunun Zarat kəndində "Mercedes” və "Ford” markalı iki yük avtomobili toqquşub. 

Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Yanğınsöndürən-xilasediçilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla "FORD" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qaynarinfo-nun hadisə yerindən əldə etdiyi videonu təqdim edirik: