Xəbər lenti

FHN-nin institutu bələdiyyə sədrinin müavinindən 70 min manatlıq mebel alır
Ekonomiks18:01 03.04.2026

FHN-nin institutu bələdiyyə sədrinin müavinindən 70 min manatlıq mebel alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu Əsəd Qacar oğlu Əzizovla satınalma müqaviləsi imzalayıb. 
Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel avadanlıqlarının təmiri və satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 70 381,1 manatdır. 
Əsəd Əzizov Masallı şəhər bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. 
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin tabeliyində göstərir. 
Seyid