Ölkə 15:23 29.07.2018

FHN: Şimal bölgəsində meşəətrafı ərazidə yanğın başlayıb

Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.

Qaynarinfo-nun Fövqəladə Hallar Nazirlyinin saytına istinadən veridyi məlumata görə, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd "Mi-17” helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.