Xəbər lenti

FHN Tibb Mərkəzi məhkəməyə verildi - Xanım Sofiyeva oksigen balonlarının pulunu ödəmir
Ekonomiks 14:19 15.05.2023

FHN Tibb Mərkəzi məhkəməyə verildi - Xanım Sofiyeva oksigen balonlarının pulunu ödəmir

Polkovnik Xanım Sofiyevanın rəhbəri olduğu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzi məhkəməyə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Kriogen-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən alqı-satqı müqaviləsinin şərtləri pozulduğu üçün Tibb Mərkəzilə bağlı məhkəməyə müraciət edilib.

MMC-nin qanuni təmsilçisi Hacıyev Səlvər Əlmusa oğlu tərəfindən FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzi ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. 

Ehtimal edilir ki, "Kriogen-N” MMC FHN-nin Tibb Mərkəzinin tərkibində olan modul tipli hospitalı oksigen balonları ilə təmin edib. Nəticədə Mərkəzin "Kriogen-N” MMC-yə külli miqdarda borcu yaranıb. 

"Kriogen-N”in hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 410 min 213.18 qəpik vergi borcu var. 



Xatırladaq ki, 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışını edib. Üstündən 8 il keçməsinə baxmayaraq, bu qurumda tibb sahəsi üzrə ciddi maddi-texniki çatışmazlıqlar var. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün də külli miqdara maliyyə vəsaiti ayrılıb və iş Xanım Sofiyevaya tapşırılıb. Bakı Regional Mərkəzində isə tikinti işləri yarımçıq saxlanılıb. FHN əməkdaşlarının müalicə və müayinəsi ilə məşğul olan mərkəz onlara əksər tibb xidmətlərini də göstərə bilmir. FHN əməkdaşları məcbur qalıb başqa xəstəxanalara üz tutmalı olurlar. 



Bu azmış kimi FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşlarının işləri də iflic vəziyətə düşüb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->