Xəbər lenti

FİFA-dan mavilərə dəstək
İdman 18:34 14.08.2013

FİFA-dan mavilərə dəstək

Rusiyada cinsi azlıqlar əleyhinə qanun FİFA-nın narazılığına səbəb olub.

Anspress-in Rusiya mətbuatına isitnadən verdiyi xəbərə görə, Beynəlxalq Futbol Federasiyası Rusiyadan yeniyetmələr arasında homoseksuallığın təbliğatını qadağan edən qanun barədə daha ətraflı izahat tələb edib.

Qeyd edək ki, 2018-ci ildə futbol üzrə dünya çempionatının Rusiyada keçiriləcək olması qurumu narahat edir. Bundan əvvəl isə 2014-cü il Soçi Olimpiadası da bu cür təhlükəyə məruz qalmışdı. KİV-də fəalların bu oyunları boykot etməsi haqqında məlumatlar da yayılmışdı.

Təşkilatın mesajında Rusiya tərəfindən “Yeniyetmələr arasında homoseksuallığın təbliğatının qadağan olunması ilə bağlı” izahat istədiyi bildirilir.

Rusiya hakimiyyət orqanları və idman funksionerləri dəfələrlə bildiriblər ki, Soçi oyunlarında qeyri-adi oriyentasiyalı insanlara qarşı ayrı-seçkilik bu vaxta qədər olmayıb və bundan sonra da olmayacaq. Bütün idmançılar səmimiyyətlə qarşılanacaq. Amma,biz bütün idmançıları Rusiya qanunvericiliyinə əməl etməyə çağırırıq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->