XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib
İdman21:45 31.08.2026

FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib

Beynəlxalq Futbol Federasiyası (FİFA) təşkilatın prezidenti Canni İnfantinonun imicini yaxşılaşdırmaq məqsədilə "Ten Toes Media" marketinq agentliyi ilə müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Müqavilə 2025-ci ilin martında imzalanıb və 2026-cı ilin sonunadək qüvvədədir. Müqavilənin dəyərinin 3 milyon dollardan çox olduğu bildirilir.

İnfantino ətrafında qalmaqalların ikinci dalğası 2026-cı il dünya çempionatının başa çatmasından qısa müddət sonra onun turnirin bəzi yayım və kommersiya hüquqlarının kənar investorlara satılması ilə bağlı planlarını açıqlamasından sonra yaranıb. Bu açıqlama futbol ictimaiyyətində mənfi reaksiyaya səbəb olub və 2030-cu il dünya çempionatını boykot etmək çağırışlarına yol açıb.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası İnfantinonu hüquqların satılması ideyasına əsaslanan "FIFA Forward Enterprise" layihəsi ilə bağlı onları aldatmaqda ittiham ediblər. FİFA yaranmış kəskin tənqid və narazılıq dalğasından sonra bu ideyadan imtina edib.

Aydın