Xəbər lenti

FIFA irqçi hücumlara məruz qalan
İdman 18:02 16.06.2023

FIFA irqçi hücumlara məruz qalan "Real"ın futbolçusuna vəzifə verdi

FIFA "Real"ın ulduzu Vinisius Juniora vəzifə verib.

Qaynarinfo-nun məlumatına görə, Madrid klubunun futbolçusu FİFA-nın yaratdığı irqçiliklə mübarizə komitəsinə rəhbərlik edəcək. Bu barədə qurumun prezidenti Canni İnfantino açıqlama verib. 

Prezident idman cəzalarını daha da sərtləşdirəcəyini vəd edib. O, FİFA-nın cinayət sanksiyalarının daha yaxşı tətbiq edilməsi üçün müxtəlif ölkələrin prokurorları ilə işlədiklərini qeyd edib. İnfantino Vinisiusdan FİFA ilə işləmək üçün bir qrup oyunçuya rəhbərlik etməsini istədiyini deyib.

"Reuters" agentliyinə danışan funksioner "Artıq içində irqçilik olan futbol görməyəcəksiniz. Belə bir vəziyyət yarandıqda, matçlar dərhal dayandırılmalıdır. Bəsdir! Bəsdir! Oyunçuları və onların ətraf mühiti daha təhlükəsiz bir yerdə çalışması üçün nə lazım olduğunu eşitməliyik. Biz buna çox ciddi yanaşırıq. Futbolda irqçilik probleminə birdəfəlik son qoymaq üçün çox sərt və güclü cəzalar tətbiq edəcəyik. Artıq irqçiliyə dözə bilmərik. FİFA prezidenti kimi bu barədə Vinisiusla şəxsən danışmağa ehtiyac duyuram".

Vinisius son bir ildə bir neçə dəfə irqçi hücumlara məruz qalıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->