Xəbər lenti

FIFA prezidentindən
İdman 16:39 22.05.2023

FIFA prezidentindən "Real"ın futbolçusuna dəstək

FİFA prezidenti Canni İnfantino "Valensiya" ilə oyunda irqçiliyə mərzu qalan "Reakl"ın futbolçusu Vinisius Juniora dəstəyini göstərib.

Qaynarinfo-nun məlumatına görə, prezident braziliyalı futbolçu Vinisiusun yanında olduğunu bildirib. 

"Vinisiusla həmrəyik. Futbolda, cəmiyyətdə irqçiliyə yer yoxdur. FİFA belə vəziyyətlə üzləşən bütün futbolçuların yanındadır. Biz FİFA təşkilatlarında üç mərhələli prosesin bütün futbol matçlarına tətbiq olunmasını tövsiyə edirik. Birinci mərhələdə matç dayandırılır və anons edilir. Daha sonra futbolçular meydanı tərk edir və irqçi hücumlar bitməzsə matçın bir müddət dayandırılacağı açıqlanır. Oyun başlayandan sonra hücum davam edərsə, dayandırılır və rəqib komandaya məğlubiyyət verilir. Açığı, bunu söyləmək etməkdən daha asandır, lakin biz bunu etməli və azarkeşləri maarifləndirməliyik".

Matçın 71-ci dəqiqəsində irqçi şüarlara məruz qalan müdafiəçi barmağı ilə ona qarşı irqçilik edən azarkeşi göstərib və oyunu dayandırıb. Polislərin həmin tribunanı boşaltmasından sonra təxminən 10 dəqiqə dayandırılan oyun qaldığı yerdən davam edib. Vinisius matçın sonlarında rəqibini dirsəklə vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. 

Vinger oyundan sonra sosial media hesablarında etdiyi paylaşımda, "Bu mənim başıma gələn ilk hal deyil. La Liqada irqçilik normal sayılır. Ronaldinyo, Ronaldo, Kriştiano və Messinin bir vaxtlar oynadığı liqanın indi irqçilərin əlində olmasına görə çox təəssüflənirəm” - sözlərinə yer verib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->