Xəbər lenti

FİFA prezidentinə qarşı açılan istintaq dayandırıldı
İdman 12:31 27.10.2023

FİFA prezidentinə qarşı açılan istintaq dayandırıldı

İsveçrədə ölkənin keçmiş baş prokuroru ilə görüşlərinə görə istintaqa cəlb olunan FİFA prezidenti Canni İnfantino ilə bağlı qərar verilib.

Qaynarinfo-nun məlumatına görə, FİFA prezidenti ilə bağlı üç il əvvəl açılmış istintaq bağlanıb və o günahsız elan edilib. FİFA-dan verilən açıqlamaya görə, İsveçrə prokurorları İnfantinonun ölkənin keçmiş baş prokuroru ilə görüşləri ilə bağlı cinayət təhqiqatını dayandırıb. 

İnfantino açıqlamasında, "Bu, həm mənim, həm də yeni FİFA və ədalət üçün tam aydın qələbədir" - deyib. İsveçrənin baş prokuroru Maykl Lauberlə görüşdüyü iddia edilən İnfantinoya qarşı ittihamlar arasında Surinamdan Cenevrəyə şəxsi təyyarə ilə getdiyi və xərclərinin FİFA tərəfindən qarşılandığı bildirilirdi. 

2020-ci ilin iyulunda istefa verən Lauber FİFA-da 2015-ci ildə başlayan rüşvət və korrupsiya ilə bağlı istintaqda əsas fiqur sayılırdı. 

İnfantino 2016-cı ildə korrupsiya ittihamlarına görə, istefa verməli olan Zepp Blatterin yerinə FİFA prezidenti seçilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->