Xəbər lenti

FIFA prezidentinin maaşı açıqlandı
İdman 13:09 17.03.2024

FIFA prezidentinin maaşı açıqlandı

"Sky Sports"un jurnalisti Rob Harris FIFA prezidenti Canni İnfantinonun maaşını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, FIFA rəhbəri 2023-cü ildə yenidən qurumun prezidenti seçildikdən sonra daha çox almağa başlayıb. 

Onun 1,99 milyon avro maaşı 33% artırılaraq 2,69 milyon avroya yüksəldilib. İnfantino həmçinin qadınlar arasında dünya çempionatına görə 1,93 milyon avro məbləğində bonus alıb. Onun ümumi gəliri 4,21 milyon avro olub.

İnfantino 2016-cı il fevralın 26-dan FIFA prezidentidir. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ilə qədərdir. Funksioner FIFA-dan əvvəl Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) baş katibi vəzifəsində çalışıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->