Video 15:59 18.11.2018

Filipp Ekozyans ermənilərə Azərbaycanın qədim dövlət olduğunu sübut edir (VİDEO)

Ukraynalı araşdırmaçı, tarixçi, məşhur bloqer (milliyətcə erməni olan) Filipp Ekozyans yaydığı videoçarxda Ermənistan "alimlərinə” və Azərbaycanın xəritədə yenicə peyda olmasını, əvvəllər isə belə adın olmamasını iddia edən həmyerlilərinə müraciət edib. 

O nəinki bu uydurmaları rədd edir, həm də bacarıqla, faktlar əsasında sübut edir ki, həm bu ad, həm də bu adlı ölkə qədim tarixi köklərə malikdir.  

Xatırladaq ki, Ekozyans bir neçə gün öncə oxu.az-a müsahibə verib və bəyan edib ki, Dağlıq Qarabağ həm de-yure, həm de-fakto, həm də tarixən Azərbaycan ərazisidir.