Filippində qasırğa: 90 nəfər öldü

Filippində qasırğa: 90 nəfər öldü

Filippində tropik qasırğa torpaq sürüşməsinə və çox sayda insanın itkin düşməsinə səbəb olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Mindanao adasında aktiv olan Tembin qasırğası azı 90 nəfərin ölümünə səbəb olub. Tubod qəsəbəsində bir neçə kənd yox olub. Çox sayda insan itkin düşdüyü üçün ölənlərin sayının artacağı gözlənilir. 

Minlərlə insan qasırğaya görə evlərini tərk etmək məcburiyyətində qalıb. 

Filippində ötən həftə aktiv olan Urduja qasırğası 40 nəfərin ölümünə səbəb olmuşdu.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR