Filippində, Manila Beynəlxalq Hava Limanında Lion Air aviaşirkətinə məxsus təyyarə havaya qalxarkən qəzaya uğrayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib.
Philippine Daily Enquirer-in məlumata görə, təyyarədə Kanada vətəndaşı olub. O, müalicə üçün Yaponiyaya aparılırmış. Ondan əlavə isə laynerdə daha bir sərnişin və 6 ekipaj üzvü olub.
İlkin məlumatlara görə qəza uçuş-enmə zolağında yanğın baş verməsi səbəbindən olub.
LifeShot-un məlumatına görə isə, təyyarə həkimləri aparırmış. Təyyarə həmçinin koronavirusla mübarizə aparan həkimlərə həm tibbi maskalar, həm də dərmanlar çatdırmalı imiş.
Şərhlər