Dünya 11:10 19.01.2019

Filippinli milyarder vəfat etdi

Filippinli milyarder Henri Si 94 yaşında vəfat edib.

Qaynarinfo NDTV-yə istinadən xəbər verir ki, Çin əsilli immiqrant olan Si Fillippində nəhəng ticarət mərkəzi ilə böyük sərvət qazanıb. Milyarder həmçinin Filippində banklar, hotellər, daşınmaz əmlaklara, Çində ticarət mərkəzlərinə sahib idi. 

Forbesə görə Henri Si 19 milyard dollar sərvətlə dünyanın ən varlı 52-ci şəxsi idi.

Gülşən