İdman 16:45 19.10.2021

Finlandiya ilə matçın hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Finlandiya oyununun hakimləri açıqlanıb.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Viktor Şimuşikə yan xətt hakimləri Anton Qusevlə Sergey Kosovets yardım edəcək. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.
 
Oyun oktyabrın 8-də, saat 20:30-da Sumqayıt şəhərindəki "Kapital Bank Arena”da baş tutacaq. 
 
Səbuhi Həsənov