İtaliyanın "çəkmə” formasındakı coğrafi quruluşunun daban hissəsində yerləşən Leççe şəhəri, ölkənin ən az araşdırılmış bölgələrindən birində yerləşməsinə baxmayaraq, zəngin mədəni irsi və tarixi ilə seçilir. Bu liman şəhəri təkcə Florensiyanı əvəz edə bilməklə qalmır, həm də daha sərfəli qiymətlərlə daha səssiz və orijinal İtaliya təcrübəsi təqdim edir.
Florensiyanın cazibəsi - lakin artıq kütləvilik və bahalı qiymətlərlə
Qaynarinfo xəbər verir ki, "Traveloffpath” nəşrinin yazdığına görə, Florensiya istənilən mövsümdə həddindən artıq turistlərlə dolu olur ki, bu da şəhərin sehrini azaldır. Üstəlik, illər keçdikcə qiymətlər durmadan artır. 2025-ci ildə şəhərdə gecələmə üçün orta qiymət 197 dollar, gündəlik yemək xərcləri isə təxminən 70 dollar təşkil edir.
Leççe - daha ucuz və eyni dərəcədə zəngin bir seçim
Florensiyaya nisbətən 30-50% daha ucuz olan Leççe, Renessans dövrünün abidələri ilə zəngin bir şəhərdir. E.ə. 1200-cü ildə təməli qoyulmuş bu şəhər tarix boyu müxtəlif sivilizasiyaların təsiri altında formalaşıb, xüsusilə Roma İmperiyasının izləri burada güclü şəkildə hiss olunur.
Tarixi mərkəzdə yaxşı qorunmuş antik Roma arenası yerləşir – bu arena 25 minə qədər tamaşaçını qəbul edə bilirdi və gladiator döyüşləri üçün istifadə olunub. Bir neçə dəqiqəlik məsafədə isə qədim teatr yerləşir – keçmişdə tamaşalar və konsertlər burada keçirilib.
Səfər zamanı "Piazza del Duomo” (Kafedral meydanı) mütləq ziyarət edilməlidir. Burada XII əsrə aid kilsə, zəng qülləsi, yepiskop və seminariya sarayları yerləşir. XVII əsrdə şəhərin köhnə hissəsindəki bir çox binalar barokko üslubunda yenidən tikilib. San-Matteo kilsəsi öz dalğavari fasadı, Santa-Klara isə incə bəzəkləri ilə diqqət çəkir.
Leççenin əsas üstünlüyü isə onun az tanınan, lakin zəngin Renessans abidələridir. Bunlara 1548-ci ildə inşa edilmiş "Porta Napoli” zəfər tağı, geometrik dizayna malik Karl V qalası və XVI əsrə aid "Palazzo dei Celestini” daxildir.
Leççe Florensiyadan nə qədər ucuzdur?
"Numbeo” və "Booking.com” məlumatlarına əsasən tərtib olunmuş müqayisə cədvəli göstərir ki, Leççe Florensiyaya nisbətən əhəmiyyətli dərəcədə daha sərfəlidir:
Yenidən kəşf edilən Leççe
Leççe uzun müddət turistlərin diqqətindən kənarda qalıb, lakin yeni açılmış dəmir yolu marşrutları şəhərin populyarlığını artırmaqdadır. Sakit atmosfer, zəngin tarixi, və sərfəli qiymətlərlə Leççe Florensiyaya səs-küysüz və daha büdcəyə uyğun bir alternativ axtaranlar üçün əla seçimdir.
Aydın
Şərhlər