Video 17:16 28.04.2019

"Formula 1"in açılışında Azərbaycan himni yeni aranjimanda (VİDEO)

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycan Dövlət himni yeni aranjimanda səsləndirilib.

Trend-in məlumatına görə, Dövlət himnimiz tar, kamança və digər alətlərin müşayiəti ilə müğənnilər Bəyimxanım VəliyevaNurlan Növrəsli tərəfindən yeni aranjimanda ifa olunub.

Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilir.

Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır.