Ekonomiks 10:22 27.05.2020

"Formula 1"in avtomobil istehsalçısı "McLaren" 1200 əməkdaşını işdən çıxarır

"Formula 1" yarışlarının avtomobil istehsalçılarından olan "McLaren" pandemiya səbəbindən 1200 əməkdaşını işdən çıxaracaq.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirəkt özü açıqlama yayıb. Açıqlamada epidemiya səbəbindən "Formula 1" gəlirlərinin azalacağı bildrilib. Çıxarılanların 80-i yarış komandasından olacaq.

Bundan öncə isə McLaren sürücüləri Lando Norris və Karlos Seinzin maaşlarını azaltmış, bəzi işçilərini ödənişsiz məzuniyyətə göndərmişdi.

Digər tərəfdən pandemiya "Renault" və "Volkswagen" kimi avtomobil nəhənglərinə də mənfi təsir göstərib. Fransanın iqtisadiyyat naziri Le Maire "Renault"un ciddi problemləri olduğunu və tamamilə bağlana biləcəyini bildirmişdi. Alman nəhəngi isə böhranın şirkəttə həftəlik 2 milyard dollar zərərə səbəb olduğunu açıqlamışdı.

Camal