Dünya 16:09 26.11.2020

Fransa Ermənistanın inkişafında maraqlıdırsa... – İqtisadçıdan sual

"Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ciddi təəssüf doğurur”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına alır:

"Bu gün Milli Məclis bu məsələ ilə bağlı sənəd qəbul etdiyi üçün mən problemin iqtisadi tərəflərinə diqqəti çəkmək istərdim. 

Fransanın Qafqaz ölkələri ilə iqtisadi əlaqələri gösətrir ki, bu sənəd erməni lobbisinin təsiri ilə qəbul olunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun həmsədri olan ölkənin Azərbaycana bribaşa qərəzinin təzahürüdür. Belə ki, 2019-cu ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 787 milyon 366 dollar olub. Bu, əvvəlki il ilə müqayisəsə 21 faiz artım deməkdir. 2000-ci illərin əvvələrində isə iki ölkə arasındakı ticarət dövriyyəsi hətta 2 milyard dollara yaxın idi. Fransanın Ermənistana ixracatı isə 2019-cu ildə cəmi 60 milyon dollar olub. Sərmayə qoyluşlarına gəldikdə isə BMT-nin (UNCTAD) məlumatına görə, ötən il Ermənistana xarici sərmayə qoyluşu cəmi 254 milyon dollar olub və bu da əsasən 4 ölkənin (Rusiya, Yunanıstan, Kipr və Almaniya) payına düşüb. Göründüyü kimi, iqtisadi baxımdan Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da, Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməkdədir”. 
 
 

Maraqlıdır, əgər Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə o yoxsul ölkəyə sərmayə qoymur, iqtisadi əlaqələri genişləndirmir? 

Vüqar Bayramov bildirib ki, məqsəd sadəcə Azərbaycana qarşı düşünülmüş qərəz nümayiş etdirməkdir:

"Göründüyü kimi, hər vəchlə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyən Fransa Senatı işğalçı ölkənin inkişafında deyil, regional münaqişənin böyüməsində və konfliktin beynəlxalq hüquq prinsiplərinə uyğun ədadlətli həllində deyil, yenidən alovlanmasında maraqlıdır”.

Bahar Rüstəmli