İdman 13:49 27.09.2021

Fransa millisinin sabiq futbolçusu karyerasını bitirdi

Fransa millisinin sabiq futbolçusu Samir Nasri karyerasını bitirib.

Qaynarinfo xəbər verir ki, futbolçu bu haqda yerli mətbuata açıqlamasında bildirib. Sonuncu dəfə "Anderlext"in formasını geyinən 34 yaşlı yarımmüdafiəçi bir neçə il öncə dopinq qalmaqalı ilə gündəm olmuşdu. Belə ki, 2017-ci ildə Türkiyə klubu "Antalyaspor"a transfer olunandan 6 ay sonra dopinqə görə cəzalandırılmış və uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. Məhz bunun karyerasında qırılma anı olduğunu söyləyən futbolçu heç vaxt dopinqdən istifadə etmədiyini deyib: "Heç vaxt dopinqdən istifadə etməmişəm. Sadəcə zədəm üçün vitamin müalicəsi aldığım zaman bunun qurbanı olmuşam".  

Nasri karyerasına "Marsel"də başlayıb. Daha sonra "Arsenal" və "Mançester Siti"dəki çıxışları ilə parlayan ulduz karyerası ərzində meydana çıxdığı 522 rəsmi matçda 73 qola, 93 məhsuldar ötürməyə imza atıb. O. Fransa millisinin formasını 41 dəfə geyinib. 

Səbuhi Həsənov