Köhnə iPhone-ların iş prosesini qəsdən yavaşladan proqram yeniləmələrinə qarşı istifadəçilərə xəbərdarlıq edilmədiyi üçün "Apple" şirkəti Fransada 25 milon avro məbləğində cərimələnib.
Qaynarinfo xəbər verir ki, təxminən 3 ildir davam edən davada istehlakçı hüquqlarını müdafiə edən Rəqabət, İstehlakçı Münasibətləri və Fırıldaqçılıqla Mübarizə idarəsi bu barədə qərar qəbul edib.
Xatırladaq ki, 2017-ci ildə Apple proqram yeniləmələrin batereyasının ömrü azalan köhnə modellərin iş qabiliyyətini yavaşlattığını etiraf etmiş və üzr istəmişdi. İstifadəçilərə xəbərdarlıq edilmədən gerçəkləşən bu vəziyyət narazılıqlara səbəb olmuşdu. Belə ki, şirkət istifadəçilərə telefonlarının xarab olduğunu düşündürərək, vaxtın əvvəl dəyişdirməyə sövq etməkdə günahlandırılmışdı. Nəhayət 2018-ci ilin yanvarında Apple-a qarşı Fransada istifadəçi hüquqlarını pozma maddəsi ilə iddia qaldırılmışdı.
Qeyd edək ki, Apple-a İsraildə də eyni ittihamla məhəkməyə verilərək, 125 milyon dollar təzminat tələb edilmişdi.
Camal
Şərhlər