Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Aqnes Von Der Mühll Fransanın Suriyanın şimal-şərqindəki vəziyyət və terror təşkilatı İŞİD ilə mübarizə məsələlərində Türkiyə ilə yaxın dialoq qurmaq istədiklərini deyib.
Qaynarinfo xəbər verir ki, bu haqda fikirlər Mühllin Türkiyədən ekstradisiya edilərək Fransaya göndəriləcək İŞİD-çi terrorçularla bağlı açıqlamasında yer alıb.
"İŞİD terorçuları Fransa üçün olduğu kimi Türkiyə üçün də ciddi təhlükəsizlik mövzusudur”, - Mühll qeyd edib.
Mühll ələ keçirilmiş İŞİD terrorçularının məsələsinin sabah Vaşinqtonda keçiriləcək Beynəlxalq Anti-İŞİD Koalisiyasının iclasında gündəmə gələcəyini də bildirib.
Qeyd edək ki, Fransa Müdafiə naziri Florens Parli Frans "Inter” radiosuna verdiyi açıqlamda Fransa ilə Türkiyə arasında terroristlərin deportasiyası ilə bağlı bir razılaşma əldə olunduğuna işarə edərək, Türkiyənin Fransaya İŞİD terrorçularını ekstradisiya edəcəyi ilə bağlı məlumatsız olduğunu iddia etmişdi.
Fransız mətbuatında çıxan xəbərlərdə isə Türkiyənin Fransaya 11 fransız terrorçunu ekstradisiya edəcəyi bildirilib.
Şərhlər