Fransız həkimlər alkoqolla bağlı mifi dağıtdı: İlk əlamətlər...

Fransız həkimlər alkoqolla bağlı mifi dağıtdı: İlk əlamətlər...

Fransız həkim-addiktoloq Mokka Lorberq alkoqol asılılığını göstərən ilk əlamətlərdən danışıb. 

Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, doktora görə, bunlardan birincisi, hər axşam bir qədəhlə kifayətlənib özünü saxlaya bilməməkdir.

"Əgər içmək istəyini sakitləşdirmək üçün ilk qədəhi içəndən sonra qısa müddətə özünü yaxşı hiss edirsənsə, alkoqollu içkilərin sizin üçün vazkeçilməzə çevrilməsi faktı ilə yanaşı, bu da asılılıqdan xəbər verir”, - Lorberq müsahibəsində bildirib.

Həkimin dediyinə görə, hansı içkidən söhbət getməsinin fərqi yoxdur – istər şərab, istərsə də daha güclü alkoqol olsun. 

Mütəxəssis həkim başqa simptomlar barədə də fikirlərini bildirib:

"Məsələn, həyatınız üçün mənfi nəticələrə səbəb olacağına və içkidən imtina etmək istəyinizin olmasına baxmayaraq, spirtli içki qəbul etməkdən özünüzü saxlaya bilmirsiznizsə və gündəlik həyatınız ancaq alkoqol ətrafında fokuslanırsa, onu əldə etmək haqda düşünürsünüzsə, bu da ciddi əlamətdir”.

Bundan başqa, mütəxəssis hər gün bir qədəh şərabın faydalı olması haqda deyilənlərin də mif olduğunu vurğulayıb. Lorberqə görə, bunun heç bir faydası yoxdur, o, yalnız sağlamlıq üçün təhlükə deməkdir.

Alpər

XƏBƏRLƏR
BLOGLAR