Yəhudilərə ilişən yazıçıya 2 il həbs cəzası verildi

Yəhudilərə ilişən yazıçıya 2 il həbs cəzası verildi

Fransız yazıçı Alan Sorala 2 il həbs və 45 min avro pul cəzası verilib.

Qaynarinfo xəbər verir ki, qərara səbəb yazıçının şəxsi internet saytında paylaşdığı yəhudilər əleyhinə rep olub. Videoda Rotşild və digər məşhur yəhudilərin fotoları yandırılır.

Məhkəmə həmçinin həmin video klipin dərhal silinməsini tələb edib. Yazıçı bu qərara əməl etmədiyi hər gün üçün min avro ödəməli olacaq.

Qeyd edək ki, Alan Soral ötən il yəhudilərə qarşı soyqırım törədilmədiyini iddia etmiş və barəsində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı. Həbs qərarına baxmayaraq, prokurorluq hökm üçün əsas olmadığını bəyan edərək A.Soralın həbsindən imtina etmişdi.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR