Dünya 13:50 10.05.2021

FTB Kurt Kobeynin ölüm işinin üstündən məxfilik qrifini götürdü

FTB musiqiçi, Nirvana qrupun qurucusu Kurt Kobeynin ölümü ilə əlaqədar materialların üstündən məxfiliyi götürüb. 

Qaynarinfo xəbər verir ki, bu haqda Deadline yazıb. Ölüm hesabatı 10 səhifədir.

Bundan əvvəl pərəstişkarları Kobainin ölümü ilə bağlı istintaqın yenidən başlamasını tələb ediblər. Fanatları deyir ki, polis hadisə yerində yalnız rəsmi yoxlama aparıb. Bir çoxları musiqiçinin intihar etdiyinə şübhə ilə yanaşır.

Federal Təhqiqatlar Bürosu işin onların səlahiyyətlərinə daxil olmadığını bildirib. Büronun verdiyi məlumata görə, bütün iddialar dövlət orqanlarına ünvanlanmalıdır.
27 yaşlı Kurt Kobeyn 1994-cü ildə Sietldəki evinin istixanasında ölü tapılıb. Sonra intihar etdiyi açıqlanıb.
 
Alpər