Tokio Ali Məhkəməsi zədələnmiş Fukusima Daiiçi Atom Elektrik Stansiyasının (AES) operatoru olan TEPCO-nun dörd keçmiş rəhbərinə qarşı qoyulmuş 13,3 trilyon yen (92 milyard dollar) cəriməni ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə iyunun 6-da Yaponiya mətbuatı məlumat yayıb.
Səhmdarların 2022-ci il iddiası, 2011-ci ildə baş vermiş fəlakət üçün təzminat tələb edib və bunun qarşısının ehtiyat generatorları yuxarıya yerləşdirməklə alına biləcəyini iddia edib. TEPCO rəhbərliyi sunaminin "gözlənilməz hadisə" olduğunu və risk araşdırmalarının etibarsız olduğunu təkid edir. Yaponiya tarixindəki ən böyük cərimə reaktorların sökülməsi, zərərçəkənlərə kompensasiya ödənilməsi və zərərsizləşdirmə xərclərini ödəmək idi.
11 mart 2011-ci ildə güclü zəlzələ və sonrakı sunami Yaponiyadakı Fukusima Daiiçi Atom Elektrik Stansiyasında qəzaya səbəb olub. Stansiyadan 20 km radiusda olan ərazi 160 minə yaxın insanın tərk etmək məcburiyyətində qaldığı təcrid zonasına çevrilib. Havada, dənizdə və içməli suda, qida məhsullarında radioaktiv elementlər aşkar edilib.
Aydın
Şərhlər