Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bir müddət əvvəl "Azercell" satış nöqtəsi tərəfindən onun adına olan nömrənin saxta sənədlə başqa şəxsə satılması və bundan dolayı ona yaradılan narahatçılıq barədə ictimaiyyəti məlumatlandırmışdı.
"Qaynarinfo"-nun verdiyi xəbərə görə, bununla bağlı məsələ araşdırılandan sonra həmin nömrənin satışını həyata keçirən "Fullcell" mağazası Ramin Hacılının haqlı olduğu qənatəinə gəlib və öz rəsmi
Facebok səhifəsində üzrxahlıq edib.
"Təxminən 1 (bir) il öncə nömrə satışı zamanı baş verən yanlışlıq və anlaşılmamazlıq səbəbindən səhvən Ramin Hacılının adına, mağazamız tərəfindən nömrə sənədləşdirilərək başqasına satılıb. Bunun nəticəsi olaraq, bizim tanımadığımız Ramin bəy ilə gizli düşmənçilik aparan şəxs və ya şəxslər bu vəziyyətdən hansısa qara niyyətləri üçün istifadə edib ona problemlər yaratmağa çalışıblar.
"Fullcell" mağazası olaraq bu anlaşılmamazlığın yaranmasında günah sahiblərindən biri olduğumuz üçün Ramin bəydən və onun ailəsindən yaranmış narahatçılığa və xoşagəlməz hallara görə üzr isdəyirik. Ramin bəyə isə işlərində və tutduğu yolda uğurlar arzulayırıq. Sonda böyük məmnuniyyətlə bildiririk ki; "Ramin bəy, Sizi öz mağazamızda real müştəri kimi görməyə şad olardıq”.
Qaynarinfo.Az
Şərhlər