Yaşıl meydanlarda daha bir faciə baş verib. "Qaynarinfo" xəbər verir ki, oyun zamanı xəsarət alan qapıçı dünyasını dəyişib.
Hadisə İndoneziya Premyer Liqasının "Persela" - "Semen" matçında baş verib. "Persela"nın qapıçısı Çoirul Huda ilk yarının sonlarında komanda yoldaşı Ramon Rodriges və rəqib futbolçu Marsel Sakramento ilə toqquşub. Toqquşmadan sonra hüşunu itirən qolkiperin köməyinə klub həkimləri çatıb və onu təcili xəstəxanaya çatdırıblar.
Amma bütün müdaxilələr nəticəsiz qalıb. Beyin travması olan Çoirul Hudanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 38 yaşlı Çoirul Huda karyerası ərzində yalnız "Persela"nın formasını geyinib.
Aydın
Qaynarinfo.Az
Şərhlər