Stokholmun AİK klubunun qapıçısı İvan Turina ölüb.
ANS PRESS-in verdiyi xəbərə görə, 32 yaşlı futbolçu öz evində ölmüş vəziyyətdə tapılıb.
Ərazinin polis bölməsindən verilən məlumata görə, ölümün səbəbləri hələ ki, məlum deyil.
KİV-in verdiyi məlumata görə, 32 yaşlı xorvat qapıçı bir neçə gün əvvəl ürəyindəki problemlərə görə həkimə müraciət edib.
İvan Turina 2010-cu ildə AİK komandasına gəlib. Uzun illər İsveçdə ən yaxşı qapıçı sayılıb. Keçirdiyi 65 oyunun 26-da öz qapısından qol buraxmayıb.
2013-cü ildə futbolçu ilə imzalanan yeni müqaviləyə görə, o klubu tarixində ən bahalı oyunçu sayılıb.
Qaynar.info
Şərhlər