Uzun müddətdir “Real”a transferi gözlənilən Uels yığmasının futbolçusu Qaret Beyllə bağlı yeni xəbər yayılıb.
Apasport.az saytının məlumatına görə, İspaniyanın “Cadena Cope” radiosu madridlilərin “Tottenhem”in sol cinah oyunçusunun keçidini 99 milyon avroya bitirdiyini iddia edir. Belə ki, Qaretin 6 illik müqaviləyə imza atdığı deyilir.
Bununla da legioner “Real”ın tarixində ən bahalı transfer adına sahib çıxır. Belə ki, bunadək nəinki klubun, ümumiyyətlə, dünya futbol tarixində ən bahalı transfer – 2009-cu ildə “Mançester Yunayted”dən 96 milyon avroya alınan portuqaliyalı hücumçu Kriştianu Ronaldo idi.
“Real”ın bu axşam keçiriləcək “Bernabeu kuboku”na kölgə salmamaq üçün yeni transferini cümə günü açıqlayacağı qeyd olunur.
Qaynar.info
Şərhlər