Xəbər lenti

ABŞ-ın yeni daxili təhlükəsizlik naziri kim olacaq?
Dünya 18:19 13.11.2024

ABŞ-ın yeni daxili təhlükəsizlik naziri kim olacaq?

Cənubi Dakota qubernatoru Kristi Noem ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında daxili təhlükəsizlik naziri olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasında Trampın keçid komandasının yaydığı bəyanatda deyilir.

"Mən qubernator və Cənubi Dakota ştatının keçmiş konqresmeni Kristi Noemin daxili təhlükəsizlik naziri vəzifəsinə təyin ediləcəyini elan etməkdən məmnunam. Kristi sərhəd təhlükəsizliyi məsələsində çox güclü mövqeyə malikdir", deyə qeyd edilib.

Bildirilib ki, Noem ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən yaradılan sərhəd böhranı ilə ştata kömək etmək üçün Texasa Milli Qvardiya üzvlərini göndərən ilk qubernatordur.

Tramp ümid etdiyini bildirib ki, Noem yeni vəzifəsində məsuliyyətlərinə sərhəd təhlükəsizliyinə nəzarət və qeyri-qanuni miqrantların deportasiyası daxil olacaq Tomas Homanla sıx əməkdaşlıq edəcək.

Noyabrın 13-də Tramp sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ Hökumətinin Səmərəlilik Departamentinə rəhbərlik edəcəklərini açıqlayıb. Bəyanatda deyilir ki, "bu böyük amerikalılar" yeni prezident administrasiyasının "bürokratiyadan qurtulmasını, həddindən artıq tənzimləmələri azaltmasını, israfçı xərcləri azaltmasını və federal agentlikləri yenidən strukturlaşdırmasını" təmin etmək üçün çalışacaqlar.

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib, Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp Amerika dövlətinin başçısı postu uğrunda mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->