Son mövsüm başa çatmadan "Bavariya"ya transfer olunan Dortmund "Borussiya"sının sabiq futbolçusu Mario Qötze keçmiş komandasının azarkeşini məhkəmə verəcək.
Qol.Az-ın məlumatına görə, "Kopfnussmusik" adlı bir rep qrubu futbolçunun komandadan ayrılaraq Münhen təmsilçisinə getdiyi üçün aqressiv bir mahnı yazıb.
"Express"ə açıqlamasında oyunçunun meneceri Volker Strut bu çirkin mahnın artıq həddi aşdığını deyib: "Mario artıq özünü qorumaq məcburiyyətindədir. Buna görə də məhkəməyə müraciət edəcəyik".
Qaynar.info
Şərhlər