İdman 21:17 09.06.2019

Futbolçulara təcavüz edən prezidentə ağır cəza

FIFA Əfqanıstan Futbol Federasiyasının prezidenti Kəraməddin Kərimini ömür boyu futboldan uzaqlaşdırıb və 1 milyon isveç frankı cərimə edib.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun qadın futbolçulara təcavüz etməsi olub.

Belə ki, Əfqanıstan qadın futbol komandasının üzvlərindən biri Kəraməddin Kərimi ona və daha 3 komanda yoldaşına təcavüz etməkdə ittiham edib. "Guardian”da çıxan xəbərdən sonra FIFA yerli hüquq-mühafizə orqanlarına müraciət edərək hadisələrin dəqiq araşdırılmasını tələb etmişdi. Prokurorluğun xəbəri təsdiqləməsindən sonra isə ali futbol qurumu bu qərarı qəbul edib.