Xəbər lenti

Futbolçumuzun ürəyində problem aşkarlandı
İdman 10:17 10.11.2018

Futbolçumuzun ürəyində problem aşkarlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Barış Əkinciərin səhhətində problem aşkarlanıb.

Qaynarinfo futbol11.az-a istinadən xəbər verir ki, Almaniyanın "Bohum” klubunun gənclərdən ibarət komandasında forma geyinən futbolçunun ürəyində problem olduğu üzə çıxıb. 19 yaşlı futbolçu xəstəliyinə görə uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Yaxın günlərdə ürəyindən əməliyyat olunacaq gənc futbolçu üçün bu mövsüm artıq başa çatıb. Onun hansı müddətə bərpa olunacağı və yaşıl sahələrə qayıdacağı dəqiq bilinmir. Həkimlər bunun üçün əməliyyatın baş tutmasını və ondan sonrakı prosesləri gözləməyi lazım biliblər.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamıza müntəzəm olaraq dəvət alan Əkinciər ötən ildə "Bohum”da çıxış edir. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->