Xəbər lenti

Futbolun Enşteyni - Pep Qvardiola
İdman 12:13 05.02.2014

Futbolun Enşteyni - Pep Qvardiola

Almaniyanın "Bild" qəzeti "Bavariya"nın baş məşqçisi Pep Qvardiolaya maraqlı ləqəb verib. Fanat.az xəbər verir ki, qəzet ispan mütəxəssisi "Futbolun Enşteyni" adlandırıb.

"Bild"in iddialarına görə, Qvardiola yenilməzliyin formulunu tapıb. Mövsümün əvvəlindən məğlubiyyətin nə olduğunu bilməyən Münhen klubunun göstəriciləri belədi: "365:51+1,79+(%66x%87)+65".

Bu rəqəmlərin anlamına gəlincə, "Bavariya" mövsümün əvvəlində rəqib qapılarına 365 dəqiq zərbə vurub, bunların 51-i qolla nəticələnib. 1.79 me orta boy həddinə sahib olan komanda orta hesabla 66 faiz topa sahib olub, futbolçuları 87 faiz dəqiq ötürmə edib və eyni zamanda rəqiblərindən 65 km daha artıq qaçıb. Bu rəqəmləri birləşdirdikdə isə "365:51+1,79+(%66x%87)+65" formulu ortaya çıxıb.

Orta boy həddi 1.79 olan "Bavariya" bununla Bundesliqanın ən qısa boylu komandasıdı. Komandanın ən kiçik futbolçuları isə Xerdan Şaqiri (1.69), Filip Lam (1.70) və Frank Riberidi (1.70). İspan mütəxəssisin bu durumu nəzərə alaraq oyun sistemini qurduğu deyilir. Qvardiola yarımmüdafiədə daha çevik və texnikalı futbolçulara şans verərək mövsümün əvvəlindən 66 faiz topu sahib olma göstəricisini əldə edib. Bununla birlikdə 87 faiz dəqiq ötürmə göstəricisi ilə "Bavariya" mövsümün ən yaxşı nəticəsinə imza atıb. Münhen klubunun ən çox ötürmə edən futbolçusu Filip Lamdı. Onun 91 faiz ötürməsi dəqiq olur. 

Qeyd edək ki, "Bavariya" artıq 44 oyundu uduzmur.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->